Xoca filmi – məhəbbət və müharibənin paralelliyi
Posted: 27.02.2012 Filed under: video | Tags: ANS, Azərbaycan, bədii, film, Gəncə, müharibə, məhəbbət, Qarabağ, qətliam, soyqırım, Xoca, Xocalı Leave a comment »Gəncədə Xocalı soyqırımı hadisələri əks etdirən “Xoca” filminin premyerası keçirilib. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan filmin daha 6 gün nümayiş etdirilməsi nəzərdə tutulur.
Gəncənin Dövlət Dram Teatrında premyerası baş tutan filmin ilk nümayişi günü teatrın zalı tamaşaçı ilə dolu idi. Xocalı soyqırımı ərəfəsində Qarabağda və Bakıda baş verən paralel hadisələri göstərən filmin süjet xətti Ələkbər və Günel adlı gəncin sevgi səhnələri ilə başlayır. Vətənin müdafiəsi üçün Xocalıda döyüşən Əkbər öz toyuna gələ bilmir və Günelin təkbaşına Bakıda toyu olur. Bu ərəfədə erməni silahlı qüvvələri tərəfindən silahsız Xocalılara – dinc sakinlərə divan tutulur. Müdafiəsi zəif təşkil olunmuş Xocalı ermənilərin əlinə keçir. Sücaət göstərən Əkbər sevgisinə qovuşa bilmir və şəhid olur. Ertəsi gün mətbuat Xocalıda yalnız 2 nəfərin həlak olduğu haqqında məlumat yayır. Sevgilisinin hələ də sağ olduğu və Bakıya dönəcəyinə ümid edən Günel sevincək Əkbəri qarşılamağa getsə də ona Əkbərin şəhid olduğu xəbəri verilir. Qarabağda Əkbərin qardaşı oğluna Günelə çatdırması üçün erdiyi Xoca üzüyü isə ona çatdırılır. Günelə bu sevgidən qalan da elə Xoca üzüyü olur. Xocalı hadisələrinin necə baş verdiyini canlandıran film döyüş səhnələri ilə zəngindir. Gəncədəki tamaşaçılar arasında filmi gözyaşları ilə seyr edənlər az olmayıb.
Tamaşaçının fikrini 102 dəqiqə ərzindı gərginlikdən məhəbbətə, məhəbbətdən müharibəyə yönəldən filmin çəkilişləri Yevlax, Bakı və Şəkidə aparılıb. Gəncə Dövlət Dram Teatrından verilən məlumata görə, premyerada tamaşaçılar filmı gözləniləndən artıq maraq göstərib. Ona görə də nümayişlər bir neçə gün davam edəcək.
BakıFilm-in istehsalı olan Xoca filminin quruluşçu rejissoru və ssenari müəllifi Vahid Mustafayev, baş prodüseri isə Mirşahin Ağayevdi. Filmin büdcəsi 700-min manata yaxındı.
Qeyd edim ki, film bir neçə gün Gəncə Dövlət Dram Teatrında nümayiş olunacaq. Seanslar hər gün saat 15:00-da başlayır.
Müəllimin rüşvətlə bağlı qalmaqalı
Posted: 17.02.2012 Filed under: video | Tags: aclıq aksiyası, Göygöl, GDU, Gəncə, işdənçıxarılma, korrupsiya, müəllim, rüşvət Leave a comment »Gəncə Dövlət Universitetinin Ümumi Fizika Kafedasının müəllimi olmuş F.Hacıyev təhsil ocağındakı rüşvətxorluq haqqında şikayət etdiyi üçün işdən çıxrıldığını deyir. Videoreportaj ANS TV-nin “Xəbərçi” verilişi üçün hazırlanıb və 16 fevral 2012-ci ildə efirdə yayımlanıb.
Ermənistan və Azərbaycan sülh və müharibə yollarında
Posted: 11.02.2012 Filed under: kitablardan qeydlər | Tags: Azərbaycan, Dağlıq Qarabağ, Ermənistan, münaqişə, Nagornıy Karabax, qafqaz, Qarabağ, Tomas de Vaal Leave a comment »“Qarabağ” kitabı
Bir yazıçı, jurnalist var. Adı Tomas de Vall’dı. ”Qarabağ – Ermənistan və Azərbaycan sülh və müharibə yollarında” adlı kitab yazıb. Qısaca, kitabı “Qarabağ” adlandırırlar. Bu kitabı oxumağa başladım. Bunu mənə IWPR (Müharibə və Sülhün İşıqlandırılması İnstitutu, baş ofisi Londonda yerləşir) Azərbaycan ofisinin rəhbəri Şahin Rzayev hədiyyə etmişdi. Şahin bəy demişdi ki, çox maraqlı kitabdı, hətta o bu nəşri indiyəcən “Dağlıq Qarabağ münaqişəsi” haqqında yazılmış ən obyektiv kitab da adlandırmışdı. Kitab məndə çoxdan var, amma bu gün oxumağa başladım 97-ci səhifəyədək oxudum. Kitabda sözügedən münaqişənin başlama tarixi, cərəyan edən hadisələr, Dağlıq Qarabağın erməni icmasının Sovetlər Birliyi dönəmindəki ilk siyasi aksiyası, siyasətçilərin mövqeyi, vasitəçilərin müsahibələri, şəxsi səfərlərinin qeydləri yer alıb.
Kitabdan bir cümlə:
“Yaşıl meşələri və gözəl təbiəti ilə gözlərimizin önündə duran Dağlıq Qarabağın ermənilərin əlinə keçməsi azərbaycanlılar üçün düşmən işğalı, ermənilər üçün isə, adəltin qələbəsidir.”
Müəllif haqqında bir neçə qeyd:
Tomas de Vaal
Tomas de Vaal Böyük Britaniyadan olan jurnalist və yazıçıdır. Amerikadakı Sülh Uğrunda Karnegi Fondu, BBC-nin Dünya Xidməti, eyni zamanda bir sıra beynəlxalq KİV-lərlə əməkdaşlıq edir. Əvvəllər “IWPR”, o cümlədən”Moscow Times”, “Time of London”, “The Economist” nəşrləri ilə əməkdaşlıq edib. “Çeçenistan: kiçik və uğurlu müharibə” kitabının həmmüəllifidir. Jurnalistikada Qafqaz, Rusiya və Qara Dəniz bölgəsi üzrə ixtisaslaşıb. Dağlıq Qarabağ münaqişəsi üzrə ekspertdir. Onun yazdığı “Qarabağ” kitabı ingilis dilindən Azərbaycan, Rus, Erməni dillərinə tərcümə olunub. Bu kitabın rusdilli nəşrinin Rusiyada təqdimatını özü keçirə bilməyib. Rusiya XİN-i ona “dövlət təhlükəsizliyini təmin etmək məqsədilə” viza verməmək hüququnu özündə ehtiva edən qanuna istinad edərək viza verməkdən imtina etmişdi. İnternetdə yazılıb ki, Tomas 1966-ci ildə doğulub.
“Qarabağ” kitabı Azərbaycanda və Ermənistanda birmənalı qarşılanmayıb, çoxsaylı narazılıqlara səbəb olub.
Gəncə paytaxt seçilib
Posted: 31.01.2012 Filed under: Uncategorized Leave a comment »Əziyyətçəkənləri təbrik edirəm, Gəncə gəcnlərin paytaxtı seçildi, bir adamın 50 dəfə səsverməsi nəticəsində. Amma bu mənim üçün elə də əhəmiyyətli hadisə deyil. Gəncədə gənc və yeniyetmələrin vaxtlarını səmərəli, eyni zamanda əyləncəli keçirmələri üçün infrastruktur sıfıra yaxındı. Gənc adam üçün darıxdıcı bu şəhər gənclərin paytaxtıdır 2012-ci il üçün.Təbriklər!
Ətraflı. genclerpaytaxti.az – da
Azercell-ə açıq müraciət
Posted: 26.12.2011 Filed under: Uncategorized 4 Comments »Aylar əvvəl AzNet-in müzakirə mövzularından biri də 3G idi. 3-cü nəsil rabitə xidmətlərini Azərbaycanda mobil telefondan, internetdən az çox istifadə etməyi bacaran həm işgüzar adamlar həm də mobil çat həvəskarları arzulayırdı. Düzdür, ölkədə fəaliyyət göstərən Azercell və Bakcell mobil operatorlarından əvvəl Azerfon şirkəti 3G-ni istifadəyə vermişdi, amma adlarını çəkdiyim digər iki operatora nisbətən Azerfonun abunəçi sayının az olması 3G-nin Azərbaycandan məşhurlaşmasına elə də təkan verməmişdi. Və nəhayət gözlənilən gün gəldi. Təxminın 1 ay bundan əvvəl bir neçə gün fərqlə Azercell və Bakcell 3G xidmətlərinin göstərilməsinə start verdiklərini bildirdilər. Fəal mobil internet istifadəçisi kimi bu xəbərə ən çox sevinənlərdən biri də mən oldum. Azercell GSM nömrərə 3G-nin aktivləşdirlməsinə dair SMS gələndə, Ağdam rayonunda idim. Sevincək 3G yazıb, 2525-ə göndərdim. Düşündüm ki, bundan sonra həqiqətən də reklamlarda deyildiyi kimi mobil internetin sürəti artacaq və qiymətlər enəcək. Biz də rahat internetdən işimizi-gücümüzü görəcəyik, yeri gələndə dostlarımızla, iş partnyorlarımızla rahatca internet əlaqəsi yaradacağıq.
Mən Azercell abunəçisiyəm. 3G xidmətləri göstərlməyə başlayanda həqiqətən də internet trafiklərin qiyməti aşağı düşdü. Korporativ abonent kimi “BlackBerry İntensive” xidmətinə 30 günlük istifadə və 500 mb-a 17 manat ödəyirdimsə, 3G-dən sonra həmin qiymətə 1000 mb trafik almağa başladım. İnternet trafikim artdı amma xidmətin keyfiyyəti daha da pisləşməyə başladı. Telefonda 3G-ni aktişləşdirəndə şəbəkənin tamamilə itməsinin şahidi oldum. Hazırda Gəncədəyəm, lakin şəhərin əksər hissələrində 3G çalışmır, çalışdığı yerlərdə isə internetin sürətində əhəmiyyətli irəiləyiş hiss olunmur. Lakin 3gmax.azercell.com səhifəsində göstərilir ki, 3G xidməti Gəncəni də tamamilə əhatə edir.
şəkilin mənbəsi: 3gmax.azercell.com
Mənim dah çox olduğum məkanlar Gəncənin Şah İsmayıl Xətai, Heydər Əliyev prospektləri və Əli Nəzmi küçəsidir. Əminliklə deyə bilərəm ki, bu ərazilərdə 3G işləmir. Digər məkanlarla bağlı da vəziyyə yuxarıda qeyd etdiyim kimidir. İşləsə də, sürət aşağıdır.
Hazırda da eyni problemlə üz-üzəyəm Heydər Əliyev prospektindəyəm və 3G aktiv olduğu halda qalmışam EDGE-in ümuduna.
smartfonun screen-indən çəkilib. 26.12.2011
Göründüyü kimi 3G yox, məhz EDGE. Bəs maraqlıdır ki, niyə realda 3G xidməti göstərilmədiyi halda, elan və reklam edirlər ki, 3G var, özü də ölkənin bütün şəhərlərində.
Sözün açığı, mən Azercell-in Müştəri Xidmətlərindən heç vaxt narazı qalmamışdım. İstər “call center”ə zəng edən də, istər saytları vasitəsi ilə online yazışanda, istərsə də facebook və twitter kimi sosial şəbəkələrdə müştərilərə göstərilən xidmətlərdə. Amma bu 3g deyilən məsələ ortaya çıxandan müraciətim ya cavabsız qalır, cavab gələn müraciətlərimin isə nəticəsi olmur.
Mənim smatfonumda və yaşadığım ərazidə 3G-nin çalışmadığı haqqında dəfələrcə Azercell-ə zəng edib bildirmişəm, deyiblər müraciətiniz qeydə alındı, bir müddət sonra zəng edib deyirlər ki, Sizin xəttinizdə və yaşadığınız ərazidə heç bir problem yoxdur və məsələ bununla bitir. Problemlə yenə rastlaşıram və yenə zəng edirəm, sonuncu müraciətlərimdən bəlkə Azercell özü də bezib. Neçə dəfə zəng eləmişəm, deyiblər qeydə alındı, araşdırıb cavab verəcəyik, cavab gəlməyib. azercell.com saytındakı online xidmətlər bölməsindən yazmışam, yenə deyiblər qeyd alındı. facebook, twitter səhifələrinə də yazmışam. Axırda customercare@azercell.com , musterixidmetleri@azercell.com , smgroup@azercell.com ünvanlarına da yazmışam. Amma hələ ki xəbər var, nə də ətər. Elə hey email gəlir ki, qeydə alınıb müraciətiniz. Ay Azercell, neynirəm qeydə almağınızı, mənə problemin həll olunması lazımdır.
Azercell Müştəri Xidmətərinə açıq bloq postuma müraciət edirəm! Bloq postumda yazdığım, rastlaşdığım problemin həlli üçün addımlar atın! Göstərdiyiniz xidmət səviyyəsinin artırılması üçün bu çox vacibdir!
MX-dən mənimlə əlaqə üçün: 050 341 1069
Gencede sokuntu ve yenidenqurma
Posted: 09.11.2011 Filed under: sosial 1 Comment »Gencede aparilan yenidenqurma ishleri cherchiversinde bu gun daha bir bina ucurulur. Bu Ushaq Yaradiciliq Birli ve bir neche teshkilatin yerleshdiyi, Gencenin Cavadxan kucesinde yerleshen binadir. Sheher sakinleri buraya “dom pioenerov” deyir. Evvel yegin ki, pionerler evi olub. Gence sheher icra hakimiyyetinin yerli KIV-lere verdiyi melumata gore, Gence sheherinin yeni bash plani hazirlanib, buna perspektiv plan da deyirler. Ve bu bash plana uygun olaraq sheherdeki bir neche binalar ucurulacaq ve kuchelerde ola bilsin semtler deyishilsin. Yaxin bir neche ile Genceni megapolis elemek isteyirler. Bilmirem nece alinacaq. Amma bildiyim odur ki, bu tikinti-sokuntu ishlerinde yaxshi numeneler de var ve yeterincedir. Lakin butun bu ishlerin bir anda paralel her kuchede aparilmasi xaos yaradib. Sheherimiz heleki bashdan-basha sokuntu, toz-torpaq icherisindedir. Her yerden laqonda sesi gelir. Umid edirem ki, bu ishlerden sonra effekti ishler cixacaq ortaya.
Posted with WordPress for BlackBerry.
Azercell-dən “Tələbə 1-liyi”
Posted: 31.10.2011 Filed under: hi-tech 1 Comment »Azercell şirkəti özünün yeni “Tələbə 1-liyi” tarifini təqdim edən kimi Gəncədə oxuyan tələbələr Expres ofisin qarşısında bu tarifə keçid üçün növbələr yaratdılar. Tarif istifadəyə verilən gündən 3 gün müddətində iş saatlarında Gəncədəki Azercell Expres ofisinin qabağında belə növbələri görmək olardı.
Gəncədən olan 10 gənc Şimali Kiprdə təhsil alacaq
Posted: 27.10.2011 Filed under: Uncategorized Leave a comment »Gənclər Lefke Avropa Universitetində təhsil alacaqlar. Bu haqda 1news.az-a Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə Regional ofisinin rəhbəri Vüsalə Hüseynli məlumat verib.
Gəncədə səfərdə olan V.Hüseynli şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb və bu məsələləri müzakirə edib. Məlumata görə, Şimali Kiprdə təhsil alacaq gənclərin seçimini icra hakimiyyəti aparacaq.
2011-2012-ci ildə Şimali Kiprdə təhsil alacaq tələbələrin təhsil haqqlarının 50 faizini Dünya Gənclər Bankı Şəbəkəsi MDB ölkələri üzrə Regional ofisi ödəyəcək.
Posted with WordPress for BlackBerry.
Gencenin yeni telefon nomreleri
Posted: 27.10.2011 Filed under: hi-tech Leave a comment »2011-ci ilin avqustundan etibaren Azerbaycanda butun sheher ve rayonlar uzre sabit telefon xettlerinin nomrelenmesinde deyishiklik edilib ve olke uzre butun sabit telefon nomreleri yeddi reqemli sisteme kechirilib. Gence sheherinin telefon shebekesinde movcud 6 reqemli nomreler de artiq 7 reqemli ile evez olunub. Aztelekom abunechilerinin nomrelerinin evveline “2″ reqemi, TransEuroCom abunechilerinin nomrelerinin evveline ise “4″ artirilib. Mesel ucun, 550001 nomresi 2550001, 287800 ise 4287800 olub. Evvelki yigim qaydasi bu ilin sonadek yeni yigim formasi ile paralel ishleyecek. Novbeti ilden ise ehalinin yeni sisteme kecidi qiymetlendirilerek yalniz yeni yigim qaydasi aktiv olacaq. Qeyd edim ki, Gencenin kodu 22, Azerbaycanin telefon kodu ise 994-dur. Xarici olkelerden zengler zamani +994(olke kodu) 22 (sheher kodu) ve 7 reqemli sabit telefon nomresi yigilmalidir. Melumati Gence sh. Telekommunikasiya Idaresinin bash muhendisi Israil Memmedov verib.





